ADB: Bu il Azərbaycan iqtisadiyyatı 2,2 % böyüyəcək

Asiya İnkişaf Bankı (ADB) bu ilin sonuna Azərbaycanın Ümumi Daxili Məhsulun (ÜDM) artım tempinin əvvəlki proqnoza nisbətən 0,3 faiz bəndi artıraraq 2,2 %-ə çatdırıb.

“Report” xəbər verir ki, bu barədə ADB-nin yenilənmiş “Asiya İnkişaf Baxışı” hesabatında bildirilib.

Sənədə əsasən, gələn il isə Azərbaycanın ÜDM-si 2,5 % (proqnoz dəyişməyib) səviyyəsində reallaşacaq.

Qeyd edək ki, ADB bu ilin sonuna Gürcüstan iqtisadiyyatının 8,5 %, Qazaxıstan iqtisadiyyatının 3,4 % böyüyəcəyini, gələn il isə bu ölkələrin iqtisadi artım tempinin müvafiq olaraq 6,5 % və 3,7 % səviyyəsində olması proqnozlaşdırır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

"Azərpoçt"da yeni şöbə yaradılıb, müdir təyin olunub

SONRAKI XƏBƏR

Baydenin BMT-də çıxışı zamanı diqqət çəkən detal - FOTO