Dünyada çip böhranı daha da dərinləşib

Bu ilin avqust ayında dünyada avtomobil sənayesi üçün nəzərdə tutulan elektron komponentlərin (çip) çatdırılması müddəti daha 6 gün artaraq 21 həftəyə çatıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Susquehanna Financial Group” məlumat yayıb.

Məlumata görə, bu, çip tədarükü ilə bağlı müşahidələrin aparıldığı 2017-ci ildən bəri rekord həddir.

Ekspertlər hesab edirlər ki, çip böhranı 2023-cü ilin sonuna qədər davam edə bilər. İndiyə qədər çatışmazlıq qlobal avtomobil sənayesində 110 milyard ABŞ dolları ziyan vurub. Bu ilin başa çatmaqda olan 9 ayı ərzində dünyada istehsal olunmuş avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 milyon ədəd az olub.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Aşıq Zülfiyyə "ikinci restoran"ı ilə bağlı fikirlərə aydınlıq gətirdi

SONRAKI XƏBƏR

Şəhid balaları "birinci" oldular