Qətər OPEC-ə qayıtmaq istəmir

Qətər OPEC-ə qayıtmaq istəmir

Eastnews.org-un verdiyi xəbərə görə, Qətərin Neft naziri Səid ibn Şəridə əl-Kaabi OPEC ilə bağlı açıqlama verib.

Nazir açıqlamasında bildirib ki, hal hazırda təbii qazın qiymətinin baha olmasının səbəbi bu sahəyə investisiya qoyulmasının azalmasıdır.

"Ölkəmiz yerli yanacaq qazına sərmayə qoymaqda qətiyyətli mövqe tutub. Düzdür qaza yönələn tələb var. Lakin hamının da istəklərini yerinə yetirmək çətin işdir", - deyə Səid ibn Şəridə əl-Kaabi diqqətə çatdırıb.

Nazir qeyd edib ki, Qətərin yenidən OPEC-ə qayıtmaq fikri yoxdur.

 

Mənbə: eastnews.org