Azərbaycan şərablarının maya dəyəri niyə baha başa gəlir - AÇIQLAMA

Azərbaycan şərablarının maya dəyəri niyə baha başa gəlir - AÇIQLAMA

Şamaxı. Çingiz Səfərli - Trend:

Azərbaycanda yüksək keyfiyyətli şərabların hazırlanmasında istifadə olunan butulka, etiket, kapsul və tıxac xaricdən idxal olunur.

Trend xəbər verir ki, bu barədə tur bələdçisi Nicat Həsənov məlumat verib. O, bu səbəbdən hazır məhsulun maya dəyərinin baha başa gəldiyini qeyd edib.

"Qiymətlərin baha olması xarici rəqabətə mənfi təsir edir. Düzdür, Azərbaycanda tıxacın hazırlanması üçün tələb olunan ağac materialı bizdə yoxdur. Buna görə tıxacı Fransadan alırıq. Fransa da xammalı Portuqaliyadan idxal edir. Lakin butulka, etiket və aliminium materialdan olan kapsulu yerli şəraitdə istehsal etmək mümkündür".

Twitter: @cingizsafarli

Mənbə: az.trend.az