Almaniyanın qaz anbarlarında doluluq 64 faizdir

Bakı. Orxan Nəbiyev -Trend:

Almaniyada qaz anbarlarının 64,6 faizi dolub.

Trend-in məlumatına görə, bunu ölkənin İqtisadiyyat Nazirliyinin nümayəndəsi Beate Baron deyib.

O bildirib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə azdır. Bununla belə, nazirlik nümayəndəsi bu rəqəmin Avropa İttifaqı üzrə ümumi göstəricidən çox olduğunu vurğulayıb.

Qeyd edək ki, son həftələrdə Avropada qaz tələbatının artacağı ehtimalı ilə əlaqədar birjalarda təbii qazın qiyməti min kubmetr üçün 900 avrodan yüksək qiymətə alınıb-satılır.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyada tələbələri güllələyən komadan ayıldı - İLK SÖZLƏRİ

SONRAKI XƏBƏR

Beynəlxalq kitab yarmarkasında Azərbaycan kitabları da nümayiş olunur