Fransa digər ölkələrə göndəriləcək peyvəndlərin sayını artıracaq

Fransa digər ölkələrə göndəriləcək peyvəndlərin sayını artıracaq

Bakı. Trend:

Fransa yoxsul ölkələrə əvvəlcədən vəd ediləndən iki dəfə çox vaksin göndərəcək.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə Fransa 120 milyon doz tədarük edəcək ki, bu da əvvəlcədən vəd ediləndən iki dəfə çoxdur.

"Ədalətsizlik, digər qitələrdə aşılama nisbətlərinin çox aşağı olmasıdır. Afrikada əhalinin yalnız 3 faizi aşılanır. Fransa, dozaların sayını iki dəfə artırmağa qərarlıdır", - Fransa prezidemti Emanuel Makron bu barədə danışarkən vurğulayıb.

Mənbə: az.trend.az