"Morningstar": "Peyvənd istehsalçıları üçüncü dozadan milyardlar qazanacaqlar"

"Pfizer" şirkəti 2022-ci ildə koronavirus peyvəndinin üçüncü dozasının satışından 26 milyard ABŞ dolları əldə edə bilər.

"Report"un xəbərinə görə, bu barədə "Morningstar" maliyyə şirkətinin proqnozunda deyilir.

Şirkətin builki satış proqnozu 4 milyard dollardır.

Digər peyvənd istehsalçısı "Moderna" isə bu il 2 milyard, gələn il 14 milyard ABŞ dolları qazana bilər.

Eyni zamanda, "Morningstar" analitikləri hesab edir ki, ölkələr üçüncü dozanı təsdiqlədikcə, gələn il satışlar əhəmiyyətli dərəcədə arta bilər.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Marneulidə yeniyetmə və gənclər arasında şahmat turniri keçirilib

SONRAKI XƏBƏR

Britaniya 10 min xarici işçini ölkəyə dəvət edir