Rayonlararası sərnişindaşımada COVID-19 pasportu tələb olunacaq - VİDEO

Rayonlararası sərnişindaşımada COVID-19 pasportu tələb olunacaq -  VİDEO

Oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulmuş qadağa aradan qaldırılır. Rayonlararası nəqliyyatdan istifadə etmək istəyənlərdən isə COVID-19 pasportu tələb olunacaq.

Pravda.az-ın məlumatına görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Turanə Əkbərova deyib ki, Bakı Beynəlxalq Ağtovağzal Kompleksində fəaliyyət göstərən sürücülərin böyük əksəriyyəti peyvənd olunub.

"Həm özünə, həm də ailə üzvlərinə bilet almaq istəyən şəxslər də qoyulan qaydaya mütləq əməl etməlidirlər",-deyə o əlavə edib.

Qeyd edək ki, biletlərin qiymətində dəyişiklik yoxdur.

Mənbə: pravda.az