Rus dilini məhdudlaşdırmaqla iqtisadiyyata ziyan vurulur?

Rus dilini məhdudlaşdırmaqla iqtisadiyyata ziyan vurulur?

Rus dilinin əhəmiyyətini bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev də dilə gətirib və ölkədə tədrisin rus dilində aparıldığı 340 məktəbin olduğunu xatırladıb.

Sovet İttifaqının dağılmasından otuz il ötür və yaxın xaricdə tez-tez belə bir sual ortaya atılır: rus dili milli dilin inkişafına mane olurmu? Sentyabrın 23-də Qırğızıstan Prezidenti Sadir Japarov belə bir fikir irəli sürdü ki, qırğız dilinin tam funksiyalaşması üçün sənədlərin rus dilində tərtib olunmasına son qoyulmalıdır (qeyd edək ki, hazırda bu respublikada sənədlər iki dildə hazırlanır).

Eyni zamanda, bir sıra postsovet ölkələri belə bir nəticəyə gəliblər: rus dili iqtisadi və texniki inkişaf üçün vacibdir.

Keçmiş SSRİ respubliklarında rus dilinin rolu və ona olan münasibət necə dəyişir – Sputnik-in müxbiri bu məsələni araşıdırıb.

Sıravı qırğızlar rus dilinin tərəfdarıdır

Prezident Japarovun rus dilinin rəsmi sənədələşmədən çıxarılmasını təklif etdiyi bir vaxtda ölkənin aparıcı universitetlərindən biri olan Yelnits adına Qırğızıstan-Rusiya Slavyan Universiteti belə bir şüarı öz fəlaiyyətində əsas götürüb: "Rus dili ilə dünyanı fəth etmək mümkündür!" Bu universitetin alimləri isə Qırğızıstan əhalisinin əksəriyyətinin rus dilini dövlətin inkişafı üçün lazımlı hesab etdikləri barədə araşdırmalar dərc edirlər.

"Biz sorğu keçirdik, 740 nəfərin rəyini öyrəndik. Onlar ölkənin müxtəlif bölgələrində yaşayan 30-60 yaş arası şəxslərdir. Bişkek sakinlərini sorğuya cəlb etmədik, çünki orada aktiv şəkildə həm rus, həm də qırğız dilindən istifadə olunur", – deyə filologiya elmləri doktoru, professor Mamed Taqayev bildirir.

Sorğunun nəticəsinə əsasən, respondentlərin 99 faizi belə hesab edir ki, rus dili keyfiyyətli təhsilə çıxışı təmin edir, peşəkar inkişafa kömək edir və müasir əmək bazarında rəqabət qabiliyyətini artırır.

"Üstəlik, tarixən Qırğızıstan vətəndaşları üçün rus dili xarici dünya ilə ünsiyyət qurma vasitəsinə çevrilib", – deyə Taqayev vurulayır.

"Qırğızıstanda rus dili öz statusunu yeni Konstitusiyada da qoruyub saxlayır. Ancaq bəzən ölkədə gözlənilən siyasi hadisələr ərəfəsində rus dilini ictimai həyatdan çıxarmaq lazım olduğu barədə populist fikirlər ortaya atılır", – deyə professor qeyd edir.

Yeri gəlmişkən, Qırğızıstanda bu il noyabrın 28-də Joqorku Keneşə (respublikanın Ali Şurası) növbədənkənar seçkilər təyin edilib. Mamed Tağıyev Sputnik-in sənədləşmə sahəsində mümkün islahatların rus dilinin statusuna təsir edib-etməyəcəyi barədə sualına cavab olaraq vurğulayır: "İndi hər bir vətəndaş rəsmi müraciətətini rus dilində etməkdə sərbəstdir, bu onun konstitusion hüququdur. Buna görə də, şübhəsiz ki, sənədləşmədən rus dilinin çıxarılması bu dilin Qırğızıstandakı mövqeyini zəiflədəcək".

Hazırda ölkə əhalisinin 26%-i sənədlərin rus dilində tərtib olunmasına üstünlük verir. Qırğızıstan Milli Statistika Komitəsinin 2021-ci il üçün məlumatına görə, bu ölkənin 6,6 milyon vətəndaşından 1,7 milyonu etnik qırğız deyil.

"İki dil arasında münasibətlərin harmonizasiya olunmasının vaxtı gəlib çatlb. Rus dilinin qırğız xalqı üçün xarici dil olmadığı, bu dilin ayrı-ayrı fərdlərin və bütövlükdə dövlətin inkişafı üçün əlavə imkanlar yaratdığını nəzərə alaraq qırğızlarla ruslar arasında elan olunmamış qarşıdurmaya son qoymaq lazımdır", - professor Taqayev belə heab edir.

Qonşularda vəziyyət necədir?

Bu arada, Qırğızıstanın qonşusu Qazaxıstanda aktivist Kuat Axmetov tərəfindən təşkil edilən dil reydləri ilə bağlı yaşanan insidentə baxmayaraq, rus dilinin rolunu məhdudlaşdırmaq barədə düşünmürlər.

Əksinə, Axmetov və onun davamçıları beş şəhərdəki mağazlarda insanların qazax dilini bilib-bilmədiyini müəyyən etmək üçün yoxlamalar təşkil edəndən sonra Qazaxıstan Baş Prokurorluğu cinayət işinin başladığını elan etdi - Axmetov etnik ədavət yaratmaqda ittiham edildi.

Axmetovun bu hərəkəti respublika hakimiyyət orqanlarının bir çox nümayəndəsi tərəfindən pislənildi və Prezident Kasım-Jomart Tokayev Qazaxıstanda rus dilinin millətlərarası ünsiyyət dili statusu aldığını xatırldaraq bidliridi ki, qanunvericiliyə əsasən, bu dilin istifadəsinə mane olmaq yolverilməzdir.

Hazırda qüvvədə olan "Qazaxıstan Respublikasının Dili haqqında Qanun"da bəyan olunur: Rus dilindən rəsmi olaraq dövlət dili ilə yanaşı (qazax dili-red.) rəsmi qurumlarda və ofis işlərində istifadə oluna bilər. Vətəndaşların dil zəminində hüquqlarının pozulması hüquq pozuntusu kimi qiymətləndirilir.

"Rusiya ilə Qazaxıstan arasındakı sərhəd dünyanın ən uzun sərhədidir. Rus dili BMT-nin altı rəsmi dilindən biridir, ona görə də bu məsələyə sivil şəkildə yanaşmalıyıq" – deyə Tokayev vurğulayıb və onu da qeyd edib ki, qazax dilini öyrənməyə can atmaq gələcəyini Qazaxıstanla bağlayan hər kəsin borcudur, amma ölkə "radikalizmin hər hansı bir formasıının qarşısını almağa hazırdır".

Rus dilinin əhəmiyyətini bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev də dilə gətirib və ölkədə tədrisin rus dilində aparıldığı 340 məktəbin olduğunu xatırladıb.

Hökumətin əmək miqrantlarına rus dilinin öyrədilməsi ilə bağlı bütün xərcləri öz üzərinə götürdüyü böyük və qüdrətli Özbəkistan inkişaf edir.

Sankt-Peterburqdakı özbək milli-mədəni muxtariyyətinin rəhbəri Suratbek Abdurahimov Sputnik-ə açıqlamasında bildirib ki, Özbəkistan Məşğulluq Nazirliyi bu məqsədlə Rusiya Xalqlar Dostluğu Universiteti ilə əməkdaşlıq edir. Layihə çərçivəsində Özbəkistandan 700 rus dili müəllimi ixtisasartırma kursundan keçib və indi onlar əmək miqrantlarına rus dilini öyrətməyə hazırdırlar.

"Özbəkistan hakimiyyətinin bu addımı ölkə üçün rus dilinin nə qədər vacib olduğundan xəbər verir", - deyə Abdurahimov vurğulayır.

"Söhbət yalnız Rusiya ilə münasibətlərdən getmir, hərçənd bura gələn özbəklərin sayı kifayət qədər çoxdur. Amma gəlin elə digər keçmiş SSRİ respublikalarını götürək. Bəs onlarla hansı dildə danışaq? Rus dili, eyni zamanda, beynəlxalq təhsil, elm və işgüzar əlaqələrin dilidir", - deyə o bildirib.

"Heç kim milli dillərə qarşı çıxmır"

Puşkin adına Dövlət Rus Dili İnstitutunun elmi məsələlər üzrə prorektoru, filologiya elmləri doktoru Mixail Osadçı isə belə hesab edir ki, rus dili rəqabətə davamlılıq baxımından yaxın xaric üçün çox vacibdir

O deyir ki, bu dildə danışanların sayına görə rus dili dünyada 8-ci yerdədir, üstəlik 15 beynəlxalq təşkilatda istifadə olunur (müqayisə üçün: ingilis dilindən 23 beynəlxalq təşkilatda istifadə olunur).

"Çoxdillilik müasir dünyada mütləq tendensiyadır, müvəffəqiyyətin bir elementidir və rəqabətdə üstünlük deməkdir. Amma əgər bir ölkə əhalisinin çoxdilli olmaq şansını bilərəkdən azaldırsa, o zaman özü-özünü qarət etmiş olur, çünki işgüzar əlaqələri zəiflədir və ümumiyyətlə, vətəndaşların ehtiyaclarına zidd hərəkət edir", - deyə Sputnikin həmsöhbəti qeyd edir.

Mixail Osadçı buna misal olaraq Ukraynanı göstərir.

"Əslində, hər hansı bir dil sadə ehtiyacları təmin etmək vasitəsidir: məlumat ötürmək və qəbul etmək, hansısa sosial xidmətləri almaq. Niyə Ukrayna vətəndaşları rus dilində tamaşalara və ya filmlərə baxmaq istəyirlər? Onlar Rusiyaya belə pərəstiş edirlər? Xeyr, sadəcə onlara belə rahatdır. Dövlət isə buna müdaxilə edərək deyir: yox, sizin istifadə etdiyiniz dil arzuolunmazdır", - deyə prorektor izah edir.

Osadçinin sözlərinə görə, bəzi ukraynalı siyasətçilər bu fikirdədirlər ki, rus dilindən imtina etməklə Rusiyaya zərbə vuracaqlar, amma bu, əsassızdır.

"Bunun Rusiyadakı daxili vəziyyətə heç bir təsiri yoxdur, ancaq Ukraynanın daxilində gərginlik yaradır. İnsanlar süni məhdudiyyətləri sevmirlər. Bir şeyi də başa düşmək çox vacibdir ki, çoxdilliliyə tələbat olanda heç kim demir: "Gəlin ölkənin milli dilini inkişaf etdirək ki, rus dili burada hakim olmasın". Söhbət, sadəcə, hüquq bərabərliyindən gedir və bu məntiqlidir: kimsə dil öyrənməlidir və xarici dil öyrənənlər bunun nə qədər çətin olduğunu bilirlər. Bu halda isə sizə sadəcə üstünlük verilir – eyni anda iki dil bilirsiniz və bilə-bilə bundan imtina edirsiniz", - deyə Osadçi fikrini yekunlaşdırıb.

Mənbə: sputnik.az