Azərbaycanda yük və sərnişin daşımaları artıb

Azərbaycanda yük və sərnişin daşımaları artıb

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,4% və 17,8% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 186,2 mln. ton yük daşınıb.

Məlumata görə, yüklərin 4,1%-i dəniz, 8,2%-i dəmir yolu, 0,1 faizi hava, 57,1%-i avtomobil nəqliyyatı, 30,5%-i isə boru kəməri ilə daşınıb.

Yük daşınmasının nəqliyyat növləri üzrə strukturu, faizlə Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,6% təşkil edib.

Bu ilin yanvar-oktyabr aylarında nəqliyyatçılar 1 552,3 mln. sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88%-i avtomobil nəqliyyatı, 11,5%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Mənbə: apa.az