Avropada qazın qiyməti rekord vurur: Rusiyadan VACİB AÇIQLAMA GƏLDİ

“Gazprom hazırki sazişlərə uyğun olaraq, Avropaya maksimum səviyyədə qaz verir”.

Metbuat.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov belə açıqlama verilib. O bildirib ki, Rusiya hazırki müqavilədə nəzərdə tutulan miqdardan artıq Avropaya qaz ixrac etmək niyyətində deyil. Ruisyanın Enerji nazirinin köməkçisi Pavel Sorokin də bəyan edib ki, Avropaya qazın tədarük edilməsi ilə bağlı planda heç bir dəyişiklik nəzərdə tutulmayıb.

Qeyd edək ki, Avropada qazın qiyməti rekord dərəcədə artıb.

Bəzi dairələr iddia edir ki, Rusiya bilərəkdən Avropaya qazın verilməsini məhdudlaşdırıb. Moskva iddiaları rədd edir.

 

 

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

Məşhur cütlüyün təcavüzə uğrayan qızı: “Dayım bu hadisəni ört-basdır etmək istəyir“

SONRAKI XƏBƏR

Səhiyyə və Təhsil nazirlikləri şagirdin ölümü ilə bağlı MƏLUMAT YAYDI