Novak: "Neftin qiyməti bir barel üçün 100 dollara çata bilər"

Novak: "Neftin qiyməti bir barel üçün 100 dollara çata bilər"

Neftin bir barelinin qiyməti müəyyən şərtlər altında 100 ABŞ dollarına çata bilər. Buna baxmayaraq, Rusiya vəziyyəti tarazlaşdırmağa ümid edir.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak Rusiya Enerji Həftəsi çərçivəsində jurnalistlərə deyib.

"Bu gün qiymət artıq 83 ABŞ dollarıdır, qiymətlər bir yerdə dayanmır, ya yuxarı qalxır, ya da enir. Ümid edirəm ki, vəziyyət tarazlaşdırılacaq", - Novak deyib.

Qeyd edək ki, bu səhər Brent markalı xam neftin dekabr fyuçerslərinin qiyməti 0,11%azalaraq 83,32 ABŞ dolları, WTI-nin noyabr fyuçerslərinin qiyməti isə 0,11%azalaraq 80,55 ABŞ dollarına düşüb.

Mənbə: report.az