Bitkoin mayninqinin həcminə görə lider ölkələr açıqlanıb

ABŞ bitkoin mayninqinin (hasilatının) həcminə görə, dünya ölkələri arasında birinci yerə yüksəlib.

Trend-in məlumatına görə, bu barədə Kembric Universiteti nəzdində biznes məktəbinin hesabatında deyilir.

Qeyd olunur ki, ABŞ-ın avqust ayında bitkoin mayninqində payı 17,8 faizdən 35,4 faizədək artıb.

Buna qədər liderliyini qoruyan Çində isə bir müddət kriptovalyutalarla aparılan əməliyyatların qadağan edilməsi ilə əlaqədar bitkoin hasilatı sıfıra enib.

Dünya reytinqində ikinci yerə isə Qazaxıstan yüksəlib. Bu ölkənin dünya bitkoin hasilatınada payı 13,8 faizdən 18,1 faizədək yüksəlib.

İlk üçlüyü isə 11,2 faiz payla Rusiya tamamlayır.

Azərbaycann bitkoin mayninqində payı avqust ayında 0,01 faizdən 0,03 faizədək artıb.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Vatsapda yeni funksiya yaradılır

SONRAKI XƏBƏR

Bakıda daha bir ağır avtobus qəzası - FOTO