150 mindən çox Özbəkistan vətəndaşına Rusiyaya girişə icazə verildi

Bakı. Trend:

Rusiya daha əvvəl bu hüquqdan məhrum edilmiş 158 min Özbəkistan vətəndaşına ölkəyə giriş icazəsi verdi.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Özbəkistanın Moskvadakı səfirliyinin saytı məlumat yayıb.

Bildirilir ki, məlumatı Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin birinci müavini Qorovoy Moskvada Özbəkistan Baş nazirinin müşaviri Mehriddin Xairiddinovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı açıqlaнжи.

Qeyd olunur ki, "miqrasiya amnistiyası" əvvəllər məhkəmə qərarları əsasında Rusiyadan deportasiya edilmiş Özbəkistan vətəndaşlarına şamil edilmir.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Koronavirusdan vəfat edən jurnalist dəfn olundu

SONRAKI XƏBƏR

Cinlə evləndiyini deyən qadından ürpədici sözlər: “İllər əvvəl ölmüş əsgər...”