Türkiyədə mənzil alan əcnəbilərin sayında rekord artım

Türkiyə Dövlət Statistika Komitəsinin sentyabr ayına dair açıqladığı mənzil satışları hesabatına görə, əcnəbilərə ev satışı sentyabr ayında illik 25,8 faiz artaraq 6630 -a çatıb. Bunun 2013 -cü ildən bəri qeydə alınan ən yüksək rəqəm olduğu bildirilir. Mənzil satışında ilk rekord 2018 -ci ilin oktyabr ayında vurulmuşdu. Lakin o dövrdə əcnəbilərə 6 min 276 mənzil satılarkən, cari ilin Sentyabr ayında xaricilərin satın aldıqları mənzil sayı 6 min 630-a yüksəlib. SİA bu barədə türk mətbuatına istinad edir.

Türkiyədə əcnəbilərə mənzil satışında İstanbul (2 min 995) ilk sıradadır, sonrakı yerləri isə Antalya və Ankara tutur.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr dövründə xaricilərə mənzil satışı ötən ilin müvafiq dövrünə müqayisədə 43,2 faiz artaraq 37 min 479-a yüksəlib.

Müəllif: Ağasəf Babayev

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Norveçdə silahlı hücum: Ölənlər var

SONRAKI XƏBƏR

ABŞ və İsrail İrana xəbərdarlıq etdi