Türkiyədə benzinin qiymətləri bahalaşdı

Türkiyədə dizel və benzinin qiyməti bahalaşıb.

"Margin.az" xəbər verir ki, dizel yanacağının bir litrin qiyməti 0.41 lirə, benzinin bir litrin qiyməti isə 0.14 lirə bahalaşıb.

Sözü gedən artımlar neftin qiymətinin və dolların məzənnəsinin artmasından sonra baş verib. "Brent" markalı neftin bir barelinin qiyməti oktyabrın 14-də 3 ilin maksimumuna- 85 ABŞ dollarına çatıb. Beləliklə, neft qiymətləri bu il 67% bahalaşıb.

Türk lirəsinin məzənnəsi isə bu günədək olan ən aşağı səviyyəsinə enib.

Day.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan XİN Fransaya Ermənistan tərəfindən törədilmiş, urbisid, kultursid və ekosid barəsində geniş məlumat verib

SONRAKI XƏBƏR

Prezident İlham Əliyev "Müstəqillik Günü haqqında" Qanunu imzaladı