Hindistan xarici turistlərə viza verməyə başladı: amma şərtlər var

Hindistan, il yarımlıq fasilədən sonra xarici vətəndaşlara turist vizası verməyə başlayır və bu vizanı almaq üçün turistlər çarter reysi ilə gəlməlidirlər.

Qeyd edildiyi kimi, son aylarda işgüzar, diplomatik və tələbə vizalarının verilməsinə icazədən sonra turist vizalarının tətbiqi növbəti addım idi. Daha əvvəl ilk 500 min xarici turistin vizanı pulsuz alacağı bildirilmişdi.

Milli.Az aviatravel.az-a istinadən bildirir ki, noyabrın 15 -dən etibarən müntəzəm reyslərlə gələn turistlər də turist vizası ala biləcəklər.

"Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən COVID-19-un yayılmasının qarşısının alınması ilə əlaqədar bütün protokol və qaydalara xarici turistlər, aviaşirkətlər və bütün hava limanı işçiləri riayət etməlidirlər", - deyə bəyanatda bildirilir.

2019-cu ildə, koronavirus pandemiyası başlamazdan əvvəl Hindistan 10.6 milyon xarici turist qəbul etmişdi.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Pandemiyadan sonra turistlər ən çox nəyə diqqət yetirirlər?

SONRAKI XƏBƏR

Ədliyyə Nazirliyində dövlət müstəqilliyimizin bərpasının 30-cu ildönümü ilə bağlı kollegiya iclası keçirilib