Bitkoinin qiyməti apreldən bəri ilk dəfə 60 min dolları keçib

Bitkoinin qiyməti apreldən bəri ilk dəfə 60 min dolları keçib

Bitkoinin məzənnəsi bu ilin aprel ayından bəri ilk dəfə olaraq 60 min ABŞ dollarını keçib.

"Report" xəbər verir ki, "CoinDesk"in məlumatlarına görə, kriptovalyutanın dəyəri 61 260 ABŞ dolları təşkil edir ki, bu da əvvəlki seansın sonundakı qiymətdən 6,5% çoxdur.

Kriptovalyuta şirkətləri 2013-cü ildən bəri bitkoinin qanuniliyini artırmaq və investorların sərmayə qoymasını asanlaşdıracaq qərarın qəbuluna çalışırlar.

Mənbə: report.az