Avropa qaz anbarlarındakı ehtiyatlardan istifadə etməyə başlayıb

Avropa ardıcıl ikinci gündür ki, yeraltı anbarlarda olan qaz ehtiyatlarından istifadə edir.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, anbarlardakl qaz ehtiyatlarının səviyyəsi son beş ildə çox aşağı düşüb.

Ehtiyatların azalması gündəlik məhsuldarlığı və şiddətli soyuqlara çevik reaksiya vermək qabiliyyətini azaldır.

Bundan əvvəl Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak deyib ki, Avropada qazın bahalaşması məhz anbarların səviyyəsinin aşağı olması nəticəsində baş verir.

Avropa bazarı qazla tam təmin olunsa da, mövcud vəziyyər bazar iştirakçıları arasında narahatlığa səbəb olub.

Xatırladaq ki, ötən həftə Avropada təbii qazın min kubmetrinin qiyməti tarixdə ilk dəfə 1 900 ABŞ dollarını keçib. Sonrakı günlərdə qiymət 1 000 ABŞ dollarından aşağı düşsə də, hazırda mavi yanacağın qiyməti 1 300 ABŞ dolları ətrafında qərarlaşıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bundan nə biz razıyıq, nə də ABŞ - Overçuk

SONRAKI XƏBƏR

Məhşur Hollivud aktyoru Amerikanı tənqid etdi, Putini isə dəstəklədi