Qazaxıstanda bu peyvəndlər pullu olacaq

Qazaxıstanda bu peyvəndlər pullu olacaq

Qazaxıstanda idxal koronavirus vaksinləri 2020-ci ildən etibarən ödənişli olacaq.

“Qafqazinfo” xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Aleksey Tsoy jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, gələn ildən yerli vaksin olan “QazVak” və ölkədə istehsal olunan “Sputnik V” pulsuz vurulacaq:

“Qazaxıstanda kliniki sınaqlardan keçmiş və təsiri sübut olunmuş yerli vaksinimizi istehsal edə bildiyimiz üçün sözügedən peyvəndi pulsuz təmin etmək mümkündür. Digər vaksinlərin isə bazarda dövriyyəsi təmin ediləcək”.

Qazaxıstanda “QazVak” və ölkədə istehsal olunan “Sputnik V” vaksini ilə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatının təsdiqlədiyi “Sinopharm”, “CoronaVac” və “Hayat-Vax” istifadə olunur. Gələn ay isə ölkəyə “Pfizer” tədarükü gözlənilir.

Mənbə: qafqazinfo.az