Ötən il Avropada təqribən 100 milyon insan yoxsulluq riski ilə üzləşib

Ötən il Avropada təqribən 100 milyon insan yoxsulluq riski ilə üzləşib

Roma, 16 oktyabr, AZƏRTAC

2020-ci ildə Avropa İttifaqına (Aİ) üzv ölkələrdə təxminən 100 milyon insan yoxsulluq riski ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, Avropa Statistika Bürosu (“Eurostat”) keçən il Aİ ölkələrində yoxsulluq və ya sosial təcrid olunma riski ilə üzləşən vətəndaşlarla bağlı məlumatları açıqlayıb. Bildirilir ki, Aİ-də ötən il əhalinin 21,9 faizi yoxsulluq və ya sosial təcrid olunma riski ilə üzləşib. Avropa İttifaqı ölkələrində ümumilikdə 96,5 milyon insan yoxsulluq həddində yaşayıb.

Yoxsulluq həddində yaşayanların nisbətinin ən yüksək olduğu ölkələr Rumıniya (35,8 faiz), Bolqarıstan (33,6 faiz), Yunanıstan (27,5 faiz) və İspaniyadır (27 faiz). Yoxsulluq və ya sosial təcridlə bağlı ən aşağı göstəricilər isə 11,5 faizlə Çexiya, 13,8 faizlə Slovakiya, 14,3 faizlə Sloveniya və 15,8 faizlə Niderlandda qeydə alınıb. Yoxsulluq səviyyəsi Almaniyada 22,5 faiz, Fransada 18,9 faiz və Belçikada 20,4 faiz olub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Mənbə: azertag.az