Doqquz ayda hava nəqliyyatı ilə ixrac edilən yükün həcmi azalıb

Doqquz ayda hava nəqliyyatı ilə ixrac edilən yükün həcmi azalıb

Yanvar-sentyabr aylarında hava nəqliyyatı ilə 19 min 239 ton yük ixrac olunub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, keçən ilin müvafiq dövrünə nisbətən 20 min 695 ton azalma olub. Belə ki, 2020-ci ilin doqquz ayında hava nəqliyyatı ilə 39 min 934 ton yük göndərilib.

Bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi isə cari ilin yanvar-sentyabr aylarında 6554 ton təşkil edib.

Mənbə: azertag.az