Cari il Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 647 milyon dollara yaxın olub

Yanvar-sentyabr aylarında Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 647 milyon dollara yaxın olub.

Ukrayna Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 9 ayda Azərbaycan bu ölkədən 327,1 milyon dollarlıq məhsul idxal edib. Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 319,7 milyon dollar olub.

Xatırladaq ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

İraqda 300 nəfərin ölümü ilə nəticələnən terror aktının təşkilatçısı saxlanılıb

SONRAKI XƏBƏR

İllər sonra obyektiv qarşısına keçdi - FOTO