Enerji böhranı ilə bağlı narahatlıqlar neftin bahalaşmasına səbəb olub

Enerji böhranı ilə bağlı narahatlıqlar neftin bahalaşmasına səbəb olub

Enerji resursları böhranı ilə bağlı narahatlıqlar neftin bahalaşmasına səbəb olub.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 09.05-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 0,09% bahalaşaraq, 1 bareli 84,41 ABŞ dollarına satılıb. WTI neftinin noyabr fyuçerslərinin qiyməti isə 0,21% bahalaşaraq, 1 bareli 81,86 ABŞ dolları təşkil edib.

Neft bazarında müsbət dinamikanın müşahidə olunması investorların enerji böhranı risklərini qiymətləndirmələri ilə bağlıdır. Dünən “Brent” markalı neftin bir barelinin qiyməti 2018-ci il oktyabrın 4-dan sonra ilk dəfə olaraq 86 ABŞ dollarını ötüb.

Analitiklər hesab edirlər ki, bu yaxınlarda qeydə alınmış son illərin maksimumları səbəbindən volatilliyin artımı müşahid olunacaq.

Mənbə: report.az