2021-ci ildə Azərbaycanda inflyasiya 4,4 faiz səviyyəsində proqnozlaşdırılır.
Day.Az Trend-ə istinadən bildirir ki, 2020-ci ildə bu göstərici 2,8 faizə bərabər idi.
Proqnoza əsasən, 2022-ci ildə inflyasiya 1,2 faiz azalaraq 3,2 faiz səviyyəsində olacaq.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı ölkədə 2021-ci ilin yekunlarına əsasən 4 faiz səviyyəsində olacağını proqnozlaşdırmışdı.
Mənbə: news.day.az