Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımalar - KƏSKİN ARTIB

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımalar - KƏSKİN ARTIB

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 795,3 min və ya illik müqayisədə 52,2% çox sərnişin daşınıb.

FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, daşımaların 99,4%-i dövlət, 0,6%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

"Bu nəqliyyat növü ilə yükdaşıma 12,5% artaraq 355,3 min ton olub", - məlumatda deyilir.

Mənbə: fed.az