Nazir müavini: "Azərbaycan xarici investorların azad edilmiş ərazilərə cəlbində maraqlıdır"

Nazir müavini: "Azərbaycan xarici investorların azad edilmiş ərazilərə cəlbində maraqlıdır"

"Bizim üçün ən vacib məsələlərdən biri işğaldan azad edilmiş tarixi Azərbaycan torpaqlarının ,o cümlədən iqtisadiyyatın bərpası və bu ərazilərin ölkənin iqtisadi həyatına inteqrasiyasıdır. Bu isə Azərbaycanın inkişafına əlavə töhfə verəcək".

"Report" xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı konsepsiyası hazırda işlənib-hazırlanıb: "Ərazilərin bərpasında dövlət və özəl tərəfdaşlığı imkanlarından geniş istifadə planlaşdırılır. Konsepsiya eyni zamanda xarici investorlar üçün, xüsusi təşviq proqramlarının həyata keçirilməsini və ərazilərin inkişafı üçün şirkətlərin cəlbini nəzərdə tutur. Azərbaycan xarici investorları cəlb etməklə azad edilmiş ərazilərin bərpası və inkişafı layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır".

Mənbə: report.az