Antalya turist axınında heyrətamiz statistika açıqladı

Türkiyənin Antalya kurortu heyrətamiz statistikanı təqdim etdi: 17 oktyabr tarixinə Antalyaya yalnız hava yolu ilə gələn turistlərin sayı 8,39 milyona çatıb.

Milli.Az aviatravel.az-a istinadən bildirir ki, Antaliyanın Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə, turist sayı keçən illə müqayisədə 162% artıb. Üstəlik, "məxmər mövsümündə" turistlərin sayı artmaqda davam edir: 1-17 oktyabr tarixlərində şəhərə 1.22 milyon turist gəlib ki, bu da 2020-ci illə müqayisədə 105% çoxdur, kurorta eyni vaxtda 498 min turistin gəlməsi faktı da maraqlı göstəricidir.

"Antalyaya gələn turistlərin sayında V şəkilli bir artım var. Antalyaya hər gün 58 min turist gəlir. Bu, ili 9 milyonla başa vura biləcəyimizi göstərir". Antalyanın əsas rəqibi - İspan adaları yay ərzində cəmi 3,9 milyon turist qəbul edib.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Erməni deputat: “Azərbaycan tərəfi əvvəllər tutduğu mövqelərdə möhkəmlənib”

SONRAKI XƏBƏR

Tomas Ceffersonun Nyu-York şəhərindəki heykəli söküləcək