Azərbaycanda kişi və qadınların maaşı ilə bağlı göstəricilər açıqlanıb

“Gender bərabərsizliyinin özünü ən çox göstərdiyi sahələrdən biri əmək bazarıdır. Dünyada işsiz qadınların sayı kişilərdən xeyli çoxdur”.

“Report”un xəbərinə görə, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda iqtisadi fəal kişilərin 51,8%-i, qadınların isə 48,2%-i məşğul əhalı qrupuna aiddir. İşsizlərin 57,5%-ini qadınlar təşkil edir: “Əmək haqqına münasibətdə də kişi əməyinə nisbətən qadın əməyinin diskriminasiya olunduğunu söyləmək olar. Dünyada kişi əməyi 1 dollar, qadın əməyi isə 77 sentlə qiymətləndirilir. Ev işlərinin, ailə təsərrüfatının idarə olunmasının, ailə üzvlərinə qulluq kimi haqqı ödənilməyən iş saatlarının 77%-i qadınların payına düşür.

Azərbaycanda qadınların orta əmək haqqısı kişi əməyinin yalnız 63,3%-ni təşkil edir. Bu rəqəm elmi-texniki fəaliyyət sahəsində 47,6%, maliyyə və sığorta fəaliyyəti sahəsində 59,2 %, emal sənayesi sahəsində 63,8 %, səhiyyə və sosial xidmətlər sahəsində 63,9 %, təhsil sahəsində isə 79 % təşkil edir.

Qadın sahibkarlığına ölkədə kifayət qədər dəstək verilməsinə baxmayaraq hələ də sahibkar qadınların sayı kişilərdən 3,7 dəfə azdır. Əgər 836 679 nəfər kişi fərdi sahibkarlıqla məşğul olursa, bu sahədə qadınların sayı 225 858 nəfər təşkil edir.

Sahibkarlığın ayrı-ayrı sahələri üzrə bir neçə nümunə göstərmək istəyirəm: kişilər qadınlardan tikinti sahəsində 25,3 dəfə, emal sənayesində 4,8 dəfə, turizm və iaşə sahəsində 5,4 dəfə, ticarət və nəqliyyat sahəsində 3,7 dəfə, səhiyyə və sosial xidmətlər sahəsində 1,8 dəfə çoxdur. Yalnız təhsil sahəsində fəaliyyət göstərən qadınların sayı kişilərdən 1,8 dəfə çoxdur”.

Milli Məclisin komitə sədri qeyd edib ki, Azərbaycanda ev işi görən qadınlara müavinət verilməlidir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Paşinyan Moskvada Qərbə qarşı çıxdı: Bəs Oliver Varhenlə görüşdəki sözlər…

SONRAKI XƏBƏR

Qayınanası Sevda ilə bağlı GÖRÜN NƏLƏR DEDİ - VİDEO