Azərbaycan vətəndaşları Ukraynada 2 minə yaxın şirkət yaradıb EKSKLÜZİV

Azərbaycan vətəndaşları Ukraynada 2 minə yaxın şirkət yaradıb EKSKLÜZİV

Müstəqillik illərində Ukraynada Azərbaycan vətəndaşları tərəfindən yaradılan hüquqi şəxslərin (şirkətlərin) sayı məlum olub.

"Report"un Şərqi Avropa bürosuna "Терези" Ukrayna-Azərbaycan Biznes Assosiasiyasından verilən məlumata görə, müvafiq qurumlara aidiyyatı üzrə göndərilən sorğulara cavabda bildirilib ki, indiyə qədər Ukraynada ümumilikdə 1937 şirkət Azərbaycan vətəndaşı tərəfindən yaradılıb.

Hazırda bunlardan 1909 şirkət fəaliyyətini davam etdirir.

Mənbə: report.az