Dəliməmmədli-Kəlbəcər dəmir yolunun ilkin konseptual layihəsi hazırlanıb

"Azərbaycan Dəmir Yolları" QSC-nin mütəxəssisləri işğaldan azad edilmiş ərazilərdə dəmir yolu xətlərinin inşası üçün yeni istiqamətlər araşdırır.

"Report" xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, belə istiqamətlərdən biri də Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttidir. Artıq xəttin ilkin konseptual layihəsi hazırlanıb. Ox üzrə uzunluğu 88,8 kilometrə bərabər bu birxətli dəmir yolu xətti üzrə 220-yə yaxın süni mühəndis qurğusunun layihələndirilməsi və tikintisi təklif edilir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Prezident: "Yürüşdə aparılan portretlər mənim göstərişimlə gözəl bir xatirə kimi şəhid ailələrinə təqdim edildi"

SONRAKI XƏBƏR

İran maşınları Qarabağa girməyəcək - Tehranla Bakı arasında problemlər bitdimi?..