Bu ölkə İrandan yük qəbulunu dayandırdı – Şok səbəb

Bu ölkə İrandan yük qəbulunu dayandırdı – Şok səbəb

Hindistan liman operatoru İrandan gələn yüklərdən imtina edib.

KONKRET.az xəbər verir ki, Hindistanın Adani Qrupu konqlomeratının aid olan Adani Limanlarıının bütün terminallarına İrandan gələn yüklərin qəbul olunmaması tapşırılıb. Qərar 11 oktyabrda “ticarət məsləhətləşmələri”ndən sonra verilib. 15 noyabrdan etibarən üçüncü tərəf terminalları da daxil olmaqla bütün terminallara şamil ediləcəyi bildirilib.

Bu qərarın səbəbi isə sentyabr ayında Hindistanın qərb sahilində, Qucarat əyalətinin Mundra limanında iki konteynerdən təxminən üç ton heroinin ələ keçirilməsi olub. Hakim orqanlara görə, heroinin dəyəri 2,650 milyard dollar olaraq qiymətləndirilir.

Bundan əvvəl də sentyabr ayında 6 iranlı 20 milyon dollardan çox heroin idxal etdiyi üçün Qucarat sahilində Hindistan hakimiyyəti tərəfindən həbs edilmişdi.

Azərbaycanın işğal edilmiş torpaqlarından 30 il narkotik ticarəti ilə məşğul olan İranın torpaqların azad edilməsinə niyə sevinmədiyi artıq aydın olur. Alternativ yollar axtarışı isə fiaskoya uğradığından qəzəbini Azərbaycanın üzərinə tökməyə çalışır.

Xuraman Etibarlı

Mənbə: konkret.az