"Bütün məhsulların qiyməti artacaq"

"Bütün məhsulların qiyməti artacaq"

2021-ci il girən gündən bəri ölkədə bir çox məhsulların qiymətlərində iki, hətta üç qat bahalaşma müşahidə edilib. Mələsən, qazın, suyun, işığın, dizelin, benzinin və s. Bütün bu artımlarda təbii ki, bazar qiymətlərinə ciddi təsir edib. Əhali demək olar ki hər gün səhəri yeni bahaşma xəbərləri ilə açmaqdan təngə gəlib.

Görəsən, qarşıda hansı məhsulların bahalaşması bizi gözləyir? İl sonuna kimi yeni bahalaşma ehtimal olunurmu?

İqtisadçı Nemət Əliyev Bizimyol.info-nun sullarını cavablandıran zaman bildirib ki, hələ qarşıda əhəmiyyətli dərəcədə bahalaşma bizi gözləyir.

 

Nemət Əliyev

“Hökumət qiymətləri tənzimlənən məhsulların qiymətlərini qaldırıb və bunla yanaşı il ərzində benzinin, dizelin, suyun, kanalizasiya xidmət haqqlarının, nəqliyyatın, avia reyslərdə olan daşımaların və s. İl ərzində bir neçə dəfə enerji daşıyıcılarının qiymətlərini qaldırıb. Bunlar elə məhsullardır ki, qiymətlərinin qaldırılması maya dəyərinə təsir etmək yolu ilə bütün növ məhsulların qiymətlərini artırır.

İlk növbədə biz istilik təchizatlarının qiymətlərinin artamsını müşahidə edəcəyik. Çünki istilik təchizatına satılan təbii qazın qiyməti 27 faiz həcmində artırılıb. Əvvəllər istilik təchizatına təbii qazın 1000 kub metrinə görə 130 manat həyata keçirilirdisə, bu qalxıb 160 manata. Bu o deməkdir ki, buxar istahsalında xərclər artıb və əhaliyə satılan buxarın qiymətlərinin əhəmiyyətli dərəcədə artacaq.

Bundan əlavə olaraq, bütün istehsalçılar xüsusilədə ticarətdə, ictimai iaşədə, kənd təsərrüfatında, sənaye müəssisələrində istehsal olunnan bütün məhsulların qiyməti artacaq”,- deyə iqtisadçı bildirib.

Leyla Mirzə, Bizimyol.info

Mənbə: www.bizimyol.info