Azərbaycandan ixracın 8,2 faizi avtomobil nəqliyyatı ilə daşınıb

Azərbaycandan ixracın 8,2 faizi avtomobil nəqliyyatı ilə daşınıb

Bakı, 21 oktyabr, AZƏRTAC

Yanvar-avqust aylarında Azərbaycandan ixrac olunan məhsulların 8,2 faizi avtomobil nəqliyyatı ilə göndərilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ixrac edilən məhsulların 5,3 faizi dəmir yolu, 1,4 faizi hava, 0,7 faizi isə dəniz nəqliyyatı ilə daşınıb.

Mənbə: azertag.az