Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 16%-ə endirib

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

"Report" quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi 2 faiz bəndi azaldılaraq 18%-dən 16%-ə endirilib.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin ötən il dekabrın 24-də keçirilmiş iclasında 15%-dən 17%-ə qaldırılmış, bu il fevralın 18-də keçirilən iclasında sabit saxlanılmış, martın 18-i keçirilmiş iclasında 17%-dən 19%-ə qaldırılmış, sentyabrın 23-də keçirilmiş iclasında isə 19%-dən 18%-ə endirilmişdi.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Yasamal rayonu ərazisindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

SONRAKI XƏBƏR

Vaksinin üçüncü dozasının vurulması vacibdir - ÇAĞIRIŞ