SOCAR AQŞ Ukraynanın “Naftoqaz” şirkəti ilə anlaşma memorandumu imzalayıb

SOCAR AQŞ Ukraynanın “Naftoqaz” şirkəti ilə anlaşma memorandumu imzalayıb

Ukraynanın “Naftoqaz” şirkəti bir sıra xarici şirkətlərlə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin “Dragon Oil” konsorsiumu, Azərbaycanın SOCAR AQŞ, ABŞ-da yerləşən “Helmerich & Payne Inc” (H&P) və “3 Seas Energy” şirkətləri ilə anlaşma memorandumları imzalayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 20-21-də Kiyev şəhərində keçirilən Ukrayna Qaz İnvestisiya Konqresi zamanı məlumat verilib.

Bu memorandumlar yeni strateji layihələrdə, o cümlədən Qara dəniz bölgəsi ərazilərinin və sıx qaz yataqlarının işlənilməsi, həmçinin tükənmiş yataqlarda hasilatın səmərəliliyinin artırılmasını nəzərdə tutulan tərəfdaşlıqlar üçün təməl rolunu oynayır.

Mənbə: azertag.az