“2021-ci il Ermənistanda yüksək inflyasiya ilə başa çatacaq”

“2021-ci il Ermənistanda yüksək inflyasiya ilə başa çatacaq”

“2021-ci il Ermənistanda yüksək inflyasiya ilə başa çatacaq, lakin Mərkəzi Bank gələn il inflyasiyanı idarə oluna bilən diapazona keçirmək üçün hər şey edəcək”. Ordu.az xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan ölkə parlamentində jurnalistlərlə brifinqdə bildirib.

Onun sözlərinə görə, inflyasiyanı cilovlamaq funksiyası Ermənistanda Mərkəzi Banka məxsusdur.

“Bu istiqamətdə Mərkəzi Bank öz siyasəti və alətləri ilə icazə verilən hər şeyi həyata keçirir”, - deyə Xaçatryan qeyd edib.

Alpər Mövludoğlu

Mənbə: ordu.az