Ermənistan avtobus almaq üçün Avropadan DİLƏNDİ

Ermənistan avtobus almaq üçün Avropadan DİLƏNDİ

Ermənistan Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) 20 milyon avro kredit götürür.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib ki, pul avtobusların alınmasına sərf olunacaq. Araşdırmaya görə, İrəvanda yeni nəqliyyat şəbəkəsi üçün 845 müxtəlif növ avtobus almaq lazımdır.

 

Ermənistanın elə acınacaqlı vəziyyətdədir ki, insanların normal yaşaması üçün əl açmaq məcburiyyətindədir. Avtobusların alınması üçün kredit məsələsinin AYİB ilə müzakirələr 2019-cu ildən gedir.

“Bütün avtobusların alınması üçün ümumilikdə 120-130 milyon avro lazımdır. Bu müqavilə 25 milyon avroya aiddir. Bunun 20 milyonu kreditdir (15 il müddətinə), daha 5 milyonu isə qrantdır”, -deyə Sanosyan bildirib.

Uzunluğu 12 metr olan 100 ədəd avtobusun alınması üçün 3 il danışıqlar aparan Ermənistan hökumətinin hansı durumda olduğunu təsəvvür etmək elə də çətin deyil.

Xuraman Etibarlı

KONKRET.az

Mənbə: konkret.az