Mart ayına qədər türk valyutası ucuzlaşaraq 1 dollar=11 lirə səviyyəsinə düşəcək.
Yenisabah.az xəbər verir ki, bunu "Commerzbank"-ın analitiki Taxa Qxos bildirib.
O, Mərkəzi Bankın "pul siyasətində təhlükəli eksperiment" çərçivəsində faiz dərəcələrini daha da aşağı salmağı planlaşdırdığı əsas gətirib.
Bazar ertəsi türk lirəsi dollarla müqyisədə rekord həddə ucuzlaşıb - 9,85. Beləliklə, builki itkilər təxminən 25 faizə çatıb.
Cümə axşamı 1 dolların məzənnəsi 9,52 lirə olub.
Mənbə: yenisabah.az