Rusiya Türkiyədən mandarin idxalına QADAĞA QOYDU

Oktyabrın 29-dan etibarən türk şirkətlərindən biri tərəfindən Rusiyaya naringi idxalının dayandırıldığı elan edilib.

Metbuat.az xəbər verir ki, buna səbəb kimi "Chlorpyrifos" pestisidinin konsentrasiyasının sitrus meyvələrində icazə verilən maksimum həddi keçməsi olub. Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi Rusiyanın Türkiyə şirkətlərindən birinin naringi idxalını dayandırmasına sakit reaksiya verib.

"Nazirliyimiz Rospotrebnadzordan bu qərarla bağlı rəsmi bildiriş almayıb, lakin, anladığımız qədər, bu, Türkiyədən Rusiyaya naringilərin bütün ixracına şamil edilmir. Bu, konkret şirkətdir ki, məhsullarında nəsə tapılıb. Vəziyyət düzələnə qədər çatdırılmalar dayandırılır”, - deyə Türkiyə departamentinin nümayəndəsi bildirib.

Qeyd edək ki, bundan əvvəl Rospotrebnadzor xüsusilə pomidorda qəhvəyi qırış virusu aşkar edərək, Rusiya Federasiyasına çirklənmiş meyvə və tərəvəzlərin tədarükü üzrə səlahiyyətli Türkiyə agentliyinə göstəriş vermişdi.

Gülbəniz Hüseynli 

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

Lalə Məmmədova dəyişməkdən yorulmur

SONRAKI XƏBƏR

"Bu linklərə daxil olmaqla komputer və smartfonunuzla ömürlük vidalaşa bilərsiz"