Neft Fondu valyuta hərraclarındakı satışını - 22% AZALDIB

Neft Fondu valyuta hərraclarındakı satışını - 22% AZALDIB

Bu ilin yanvar-oktyabr aylarında Dövlət Neft Fondu (ARDNF) 4 845,3 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,5% azdır.

Təkcə oktyabr ayında isə ARDNF-in valyuta satışının məbləği 539,9 milyon dollar təşkil edib. Bu isə ötən ilin oktyabr ayına nisbətən 3,6% azdır.

Mənbə: fed.az