Cari ilin mayından başlayaraq Azərbaycanda iqtisadi artım tempi sürətlənib

Cari ilin mayından başlayaraq Azərbaycanda iqtisadi geriləmə dayanıb və artım tempi aybaay sürətlənir.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “2021-ci ilin ilk 9 ayı: İqtisadi artımın bərpası və post-konflikt quruculuğu” mövzusunda hazırladığı “İslahat İcmalı” hesabatında qeyd olunub.

Bu ilin ilk 9 ayında Azərbaycanda ÜDM-in artım tempi 6,2 faiz böyüyən qeyri-neft sektorunun drayverliyi ilə 4,8 faiz qeydə alınıb. Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan iqtisadiyyatının bu il 3 faiz artmasını proqnozlaşdırır ki, bu da əvvəlki proqnozları üstələyir. Lakin milli iqtisadiyyatın artım tempi həm BVF-nin, həm də Dünya Bankının proqnozlarını əhəmiyyətli şəkildə üstələyir. Artıq Azərbaycanda iqtisadi artım tempi “Dünya iqtisadi icmalı”nda Orta Şərq və Mərkəzi Asiya üçün proqnozlaşdırılan 4,1 faizlik həddi üstələyib. Bunun əsas səbəbi yüksək sənayeləşmə tempindədir. Azərbaycanda ÜDM istehsalının 40,1 faizi sənayenin payına düşür ki, bu da orta dünya göstərici 24,8 faizdən əhəmiyyətli üstündür. Sənayenin ÜDM-də payı Mərkəzi Avropa və Baltik ölkələrində 27,2 faiz, Avrozonada 21,5 faiz və OECD ölkələrində isə 21,1 faizdir.

Vergiler.az

ƏVVƏLKİ XƏBƏR

Almaniya Donbasda “Bayraktar”dan istifadəni tənqid edib - Köhnə müqavilə əsas gətirilə bilər?

SONRAKI XƏBƏR

“Azərpambıq ASK”nin sabiq direktoruna hökm oxundu