Amerikada varlılara YENİ VERGİLƏR tətbiq edilə bilər - Elon Musk da siyahıdadır...

"Mənim planım pulu insanlığı Marsa gətirmək və zehni parlaq insanları orada saxlamaq üçün istifadə etməkdir".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Elon Musk "Twitter" hesabında edib. Onun sözlərinə görə, bu həftə Muskın sərvəti, Forbes- in məlumatına görə, 300 milyard dollara yaxınlaşaraq, Tesla şirkətinin səhmlərinin artımına görə dünyanın ən varlı adamı olub. Qeyd edək ki, bu həftə ABŞ Konqresi iqtisadiyyata yeni trilyonların inyeksiyaları məqsədi ilə müzakirələr aparıblar. Məsələ ondadır ki, demokratlar fövqəladə varlıların artımı ilə əlaqədar onları xüsusi vergi tətbiq edilməsinə cəlb etmək istəyirlər. İndi 700-dən çox olan amerikalı milyarderlər adi amerikalılarınkından xeyli aşağı dərəcə ilə vergi ödəyirlər. Onların aktivləri satılana qədər vergiyə cəlb edilmir. Eyni zamanda, milyarderlər əmlaklarının girovu ilə banklardan yaşamaq üçün asanlıqla borc götürə bilərlər. Çünki bu kreditlər də gəlir olmadığı üçün vergiyə cəlb edilmir. Bütün sxem adətən milyarderin ölümü və aktivlərinin əhəmiyyətli bir hissəsinin varislərinə vergidən azad edilməsi ilə başa çatır.

Demokratların təklif etdiyi vergi hələ qanunvericilikdə göstərilməyib. Xüsusilə, zənginlərin torpaq, daşınmaz əmlak, dəbdəbəli mallar və incəsənət kimi bir çox aktivlərinin dəyərinin ildən-ilə dəyişməsinin necə ölçülməsi aydın deyil.

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ Qarabağda gedən proseslərlə bağlı Türkiyədən məlumat almaq istəyir

SONRAKI XƏBƏR

Ermənistan prezidenti Səudiyyə Ərəbistanında nə əldə etmək istəyir?