Azərbaycanda neçə yaşayış məntəqəsi qazlaşdırılmayıb?

Bu gün ölkədə 800-ə yaxın yaşayış məntəqəsi qazlaşdırılmayıb.

Bunu Modern.az-a açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

O qeyd edib ki, 300 yaşayış massivi isə yalnız alternativ yanacaqla qızdırılan məntəqələrdir:

"Biz hazırda yaşayış massivlərinin qazlaşdırılması prosesini davam etdiririk. Bu ilin 9 ayı ərazində 50-yə yaxın yaşayış massivi qazlaşdırılıb. Gələn il isə əlavə 110 yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Son 10 ildə Azərbaycanda qaz abonentlərinin sayı 720 mindən 2 milyon 400 minə çatdırılıb. Qazlaşma faizi artıq ölkə üzrə 96 faizin üzərindədir. Hər il 80-100 min abonent sayı artır".

Modern.az

ƏVVƏLKİ XƏBƏR

Şəhid bacısı 28 ildən sonra doğulub böyüdüyü Ağdama səfər edib - VİDEO

SONRAKI XƏBƏR

Lavrov G20 sammitində iştirak edəcək