Azərbaycanda qızıl bahalaşdı

Azərbaycanda qızıl bahalaşdı

Azərbaycanda zərgərlik məmulatlarının qiyməti bahalaşıb.

Bizim.Media Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, oktyabr ayında sentyabrla müqayisədə zərgərlik məmulatlarının qiymətində 1,6 faiz bahalaşma olub.

Zərgərlik məmulatlarının illik bahalaşması isə 8,2 faiz təşkil edib.

Bu ilin yanvar-oktyabr aylarının 2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisəsində isə zərgərlik məmulatlarında qiymət artımı 5,6 faiz olub.

Xatirə, Bizim.Media

Mənbə: bizim.media