Azərbaycanda orta pensiya məbləği açıqlandı

Azərbaycanda orta pensiya məbləği açıqlandı

2021-ci il oktyabrın 1-inə qədər Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 201,3 min nəfər pensiyaçı qeydiyyatda olub.

Bizim.Media xəbər verir ki, bu ölkə əhalisinin 12 faizini təşkil edir. Onların 59,1 faizi yaşa, 29 faizi əlilliyə, 11,9 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 9,4 faiz artaraq 330,6 manat təşkil edib və orta aylıq əmək haqqının 45,7 faizinə bərabər olub.
 

Mənbə: bizim.media