Neft cüzi ucuzlaşıb

Son günlər bəzi ölkələrin strateji neft ehtiyatlarını açmaq qərarı dünya bazarındakı qiymətlərin bir qədər azalmasına təkan verib.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 15.00-a olan vəziyyətə görə “Brent” markalı neftin yanvar fyüçersləri 0,33 faiz ucuzlaşaraq 81,98 ABŞ dollarından, “WTI” markalı neftin isə 0,5 faiz ucuzlaşaraq 78 dollardan satılıb.

Bu ucuzlaşma bir neçə neft ixracatçısı ölkəsində dünya bazarında qiymətləri aşağı salmaq məqsədilə strateji ehtiyatları açmaq qərarı ilə bağlıdır. Bu addınmı atan ABŞ həmçinin Hindistanı, Çini, Yaponiyanı, Cənubi Koreyanı da bu yolla getməyə çağırıb, habelə OPEC+ ölkələrindən hasilatı daha sürətlə artırmağı istəyib ki, buna müsbət cavab almayıb. Əksinə, OPEC+ formatı çərçivəsində gündəlik hasilatı ayda 400 min barel artırmaq barədə mövcud razılaşmanın belə yerinə yetirilməyəcəyinə dair söz-söhbətlər diolaşmağa başlayıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə bununla ABŞ-ın təhlükəli rəqibi olacaq - Forbes jurnalı

SONRAKI XƏBƏR

DİN: "Məktəblilərin narkotik vasitələrdən istifadəsinin başlıca səbəbi sosial şəbəkələrdir"