Bu ölkələrdən idxala məhdudiyyət qoyuldu - SİYAHI

Bu ölkələrdən idxala məhdudiyyət qoyuldu - SİYAHI

İsrail, İrlandiya, Niderland Krallığı, İngiltərə və Almaniyanın bəzi vilayətlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vətəndaşların yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə sözügedən ölkələrdən quşçuluq məhsulları və diri quşların gətirilməsinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İsrail, İrlandiya, Niderland Krallığı, İngiltərə və Almaniyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı Dövlət Gömrük Komitəsinə müraciət olunub.
 

Mənbə: bizim.media