Naxçıvanda ÜDM 1,3 faiz artıb

Naxçıvanda ÜDM 1,3 faiz artıb

Cari ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 2 355 837 900 manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.

“Report” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq 5 097 manata çatıb. Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 922 milyon 291 min 600 manat dəyərində məhsul istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.

Mənbə: report.az