Azərbaycanda bu şəxslərin pensiyası artırılacaq - VİDEO

Vətən müharibəsindən sonra şəhid ailələri, müharibə əlilləri və qazilərlə bağlı genişmiqyaslı dəstək tədbirləri davam etdirilir.

BAKU.WS xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib ki, qazilərə sosial ödənişlərin təyinatı, reabilitasiya, sosial-psixolji və digər istiqamətlərdə dəstək göstərilir. Ümumilikdə indiyədək 7350 müharibə əlili dövlət tərəfindən minik avtomobilləri ilə təmin edilib.

Hidayət Abdullayev "Xəzər Xəbər"ə bildirib ki, bu il ərzində şəhid ailələri və müharibə əlillərinə 3 minədək mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Onlardan artıq 1900 mənzil təqdim edilib.

Bununla yanaşı, nazirlik tərəfindən bu kateqoriyadan olan vətəndaşların özünüməşğulluq proqramına cəlb olunması prosesi də davam etdirilir.

Nazir müavini əlavə edib ki, indiyədək 2200-dən çox qaziyə pensiya təyin edilib və yanvarın 1-dən etibarən bu müavinətlər də artırılacaq.

 

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Gürcüstanda vətəndaşların iki COVID-19 pasportu olacaq

SONRAKI XƏBƏR

Heninq Berq: “Biz nəticədən şikayətçi deyilik”